Bakı. Şamil Əlibəyli - APA. Somalidə 2010-2012-ci illər ərzində aclıqdan təxminən 260 min nəfər ölüb.
APA-nın “Al-Jazeera” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin hesabatında bildirilir.
Məlumata əsasən, bu, 1992-ci ildə aclıqdan ölənlərin sayından 40 min nəfər çoxdur. Hesabatda qeyd olunur ki, ölkədə tez-tez müşahidə olunan quraqlıqlar, yağıntıların az olması insanlar arasında kütləvi aclığa səbəb olur.
Aclıqdan ölənlərdən 133 mini 5 yaşından aşağı olan uşaqlardır.