Bank Of Baku

Somalidə tayfalararası toqquşmalarda 11 nəfər ölüb

Somalidə tayfalararası toqquşmalarda 11 nəfər ölüb
# 23 fevral 2013 20:52 (UTC +04:00)

 

Bakı-APA. Somalinin cənubunda yerləşən Kismayo şəhərində iki hökumətyönümlü tayfa arasında baş vermiş toqquşmalarda 11 nəfər ölüb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə Kismayo şəhərinin rəhbəri Məhəmməd Qael açıqlamasında bildirib. “Mən şəxsən 11 nəfərin meyitini gördüm, onların əksəriyyəti döyüşlərdə iştirak edib”, deyə Məhəmməd Qael bildirib.   

 

Somalinin baş naziri Abdi Səid bəyanatla çıxış edərək hər iki tayfanı sülhə çağırıb. Münaqişənin səbəbləri açıqlanmır.

 

 Somali 1991-ci ildə diktator Siad Barre devrildikdən sonra vahid dövlət kimi mövcud deyil. Ölkənin ərazisində iki tanınmamış dövlət var – Somalilend və Puntlend. Bundan əlavə, ölkənin çox hissəsinə “Əş-Şəbab” islamçı qruplaşması və yerli tayfalar nəzarət edirlər. Ölkədə Afrika İttifaqının qoşunları var və müvəqqəti hökumət onların köməyi ilə vəziyyəti ələ almağa çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR