APA-nın “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 1 türk polisi həlak olub, 3-ü isə yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Yaşayış kompleksinin təhlükəsizlik xidməti hücum edənlərdən ikisini zərərsizləşdirib, lakin üçüncü terrorçu üzərində olan partladıcı qurğunu işə sala bilib.
“Röyters”in xəbərinə görə isə, hücum nəticəsində 2 somalili və 1 terrorçu ölüb, 9 nəfər isə yaralanıb. Məlumata görə, partlayış nəticəsində binanın darvazası dağıdılıb.
Terror aktına görə məsuliyyəti öz üzərinə “Aş-Şabab” ekstremist qruplaşması götürüb.