Bakı-APA. Bu ilin sentyabr ayında Keniya və Somali qoşunlarının islamçı “əl-Şabab” qruplaşmasından azad etdiyi Somalinin Kismayo şəhərində şiddətli iğtişaşlar başlayıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, iğtişaşlar nəticəsində yaralananlar var. Bəzi məlumatlara görə, iğtişaşlar hökumətdən narazı olan bir qrup əsgərlərin qurduqları nəzarət-keçid məntəqəsinin sökülməsinə cəhd olunduqdan sonra başlayıb.
Digər xəbərlərə görə, iğtişaşlar iki yerli tayfa arasındakı düşmənçilik nəticəsində baş verib.