Bakı-APA. Sudan dövlət radiosunun xəbərinə görə, Sudan prezidenti Ömər Bəşir Cənubi Sudan neftinin ölkə ərazisindən tranzitini dayandırılmasına dair fərman imzalayıb.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, fərman iyunun 9-da qüvvəyə minir.
Xatırladaq ki, keçən il Cənubi Sudan Xartumla neft tranzitinin tariflərinə dair yaranan fikir ayrılığına görə öz ərazisində neft hasilatını müvəqqəti dayandırmışdı.
Boru xətləri ilə neftin daşınması yalnız bu ilin aprelində bərpa olunub.
Mayda Sudan prezidenti Ömər Bəşir Cənubi Sudana üsyançılara dəstək göstərməyə davam edəcəyi təqdirdə boruları bağlayacağı barədə xəbərdarlıq edib.