Bank Of Baku

Sudanda ağır qəza nəticəsində 20-dək insan ölüb

Sudanda ağır qəza nəticəsində 20-dək insan ölüb
# 04 avqust 2013 00:44 (UTC +04:00)

Bakı-APA. Sudanın şimal-şərqində sərnişin avtobusunun iştirakı ilə baş vermiş ağır yol nəqliyyat hadisəsi nəticəsində 19 nəfər ölüb, 19 nəfər isə yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza Əd Damər şəhərini ölkənin paytaxtı ilə birləşdirən yolda baş verib.   

 

Məlumata görə, içərisində 35 sərnişin olan avtobus yük maşını ilə toqquşub. Qəzanın səbəbləri barəsində xəbər verilmir. Qəzanın ərazidə uzun müddət davam edən leysan yağışları səbəbindən baş verməsi ehtimal edilir.  

 

Qeyd edək ki, iyunda avtobusun yük maşını ilə toqquşması nəticəsində 38 nəfər ölmüşdü.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR