Bakı-APA. Sudanda avtobus və yük maşınının toqquşması nəticəsində 38 nəfər həlak olub. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, qəza ölkənin cənub şərqində yerləşən Ağ Nil ştatında baş verib. Polisin məlumatında qəza nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.
Xatırladaq ki, keçən ilin sonunda ölkənin Xartum-Vad Medani magistral yolunda oxşar qəza nəticəsində 33 nəfər ölüb, 24 nəfər isə yaralanıb.