Bank Of Baku

Sudanda BMT sülhməramlısı öldürülüb, daha 2 nəfər isə yaralanıb

Sudanda BMT sülhməramlısı öldürülüb, daha 2 nəfər isə yaralanıb
# 20 aprel 2013 18:36 (UTC +04:00)

Bakı-APA. Sudanda BMT sülhməramlısı öldürülüb, daha 2 nəfər isə yaralanıb. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə Afrika İttifaqı və BMT missiyasının birgə bəyanatında deyilir.

 

Məlumata görə, insident aprelin 19-da səhər Sudanın şərqində yerləşən Muxadjeria yaşayış məntəqəsində baş verib. Belə ki, beynəlxalq missiyanın əməkdaşlarına bir qrup naməlum şəxs hücum edib.

 

Hal-hazırda fakt üzrə Sudan tərəfi BMT nümayəndələri ilə birgə araşdırmalar aparır.

 

Qeyd edək ki, Darfurda indiyədək  BMT-nin 44 sülhməramlılarısı həlak olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR