Bakı-APA. Tanzaniyanın ən iri şəhərlərindən biri olan Dar əs Salamda 12 mərtəbəli evin uçması nəticəsində 20 nəfər ölüb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, ölənlərdən üçü uşaqdır. Xilasedicilərin məlumatına görə, xilasedici işlərin davam etməsinə baxmayaraq, artıq kiminsə uçqun altında sağ qalmasına ümid yoxdur.
Qeyd edək ki, uçqun altında qalmış onlarla insan hələdə itkin düşmüş hesab olunur.
Ekspertlərin sözlərinə görə, Tanzaniyada ucaldılan yeni tikililərin əksəriyyəti təhlükəsizlik qaydalarına uyğun deyil.