Bakı. Şamil Əlibəyli – APA. Tunis parlamenti kütləvi aksiyalara görə işini qeyri-müəyyən müddətə dayandırıb.
APA-nın məlumatına görə, parlamentin sədri Mustafa bin Cəfər bildirib ki, hökumət müxalifətlə dialoqa başlamayana qədər parlament işini bərpa etməyəcək. Müxalifət isə danışıqlarda iştirakdan imtina edir. Onlar əvvəlcə hökumətin buraxılmasını istəyirlər. Hakim koalisiyaya başcılıq edən “Ən Nahda” partiyası isə bunu etməkdən imtina edir.
Qeyd edək ki, Tunis parlamentin deputatı Məhəmməd Brahminin iyulun sonlarında qətlə yetirilməsindən sonra Tunisdə başlayan kütləvi aksiyalar davam edir. Bu gün səhər saatlarında parlament binası qarşısında toplaşan 40 min nəfər “Ən Nahda” partiyasının istefasını tələb edib.
Onların fikrincə, M. Brahminin qətlini bu partiya sifariş verib.