Bank Of Baku

Tunisdə etirazçılarla polis arasında toqquşmalar olub

Tunisdə etirazçılarla polis arasında toqquşmalar olub
# 28 iyul 2013 04:39 (UTC +04:00)

Bakı-APA. Tunisin Sidi-Buzid şəhərində polis müxalifət liderlərindən biri olan Məhəmməd Brahminin qətli ilə bağlı keçirilən etiraz aksiyasını yatırarkən gözyaşardıcı qazdan istifadə edib.

 

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, etirazçılar polisi daş qalaq edib, avtomobil təkərləri yandırıb.

 

Qeyd edək ki,  tanınmış müxalifət siyasətçisi, “Xalq Hərəkatı” dünyəvi partiyasının liderlərindən biri Məhəmməd Brahmi iyulun 25-də yaşadığı evin qarşısında qətlə yetirilib.

 

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, canilər M.Brahmiyə 14 dəfə atəş açdıqdan sonra motosikletlə hadisə yerindən uzaqlaşıblar.

 

Məhəmməd Brahmi hakimiyyətdə olan islamçıları tənqid edib. O “Xalq Hərəkatı”  partiyasının əsas əlaqələndiricisi və Tunisin yeni konstitusiyasının layihəsini hazırlayan Milli Təsis Yığıncağının üzvü olub.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR