Bakı-APA. Tunisin baş naziri Hamadi Cəbali kabineti buraxaraq yeni milli etimad hökuməti formalaşdıracağını açıqlayıb.
Onun sözlərinə görə, yeni kabinet partiyasız texnokratlardan formalaşdırılacaq.
Baş nazirin qərarı Tunisdə Xalq Cəbhəsinin lideri Şükrü Balayidin qətlindən sonra qəbul edilib. Dünyəvi demokratik bir partiyanın lideri olan Balayid naməlum şəxslər tərəfindən evinin qarşısında öldürülüb.
Müxalifətçi siyasətçinin qətlindən sonra Tunisin bir neçə şəhərində polislə qarşıdurma ilə nəticələnmiş etiraz aksiyaları keçirilib.