Bakı-APA. Tunisdə müxalifət lideri Şokri Belaidin qətlində şübhəli bilinən şəxslər həbs edilib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin daxili işlər naziri bəyan edib.
Qeyd edək ki, Belayid “Əl Vətəd” müxalifət partiyasına rəhbərlik edib və fevralın əvvəlində boynundan 2 güllə yarası alaraq qətlə yetirilib.
Bu hadisə ölkədə kütləvi iğtişaşlara səbəb olub. Nəticədə baş nazir Həmadi Cibali istefa verib.