Bakı-APA. Tunisin baş naziri Hamadi Cəbali fevralın 19-da istefa verib. APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” məlumat yayıb.
“Bundan əvvəl mən söz vermişdim ki, əgər yeni höküməti formalaşdıra bilməsəm, tutduğum vəzifədən istefa verəcəm”, deyə Hamadi Cəbali jurnalistlərə açıqlamasında bildirib və sözünün üstündə durduğunu qeyd edib.
Xatırladaq ki, müxalifət lideri Şokri Belaidin qətli ilə bağlı ölkədə kütləvi iğtişaşlar başladıqdan sonra Hamadi Cəbali “Ən Nahda” islamçı partiyası tərkibinə daxil olmamaq şərtilə texnokrat hökümətinin yaradılmasını təklif edib. Bu bəyanata cavab olaraq, minlərlə müxalifət tərəfdarları Belaidin dəfn mərasimini kütləvi etiraz aksiyasına çevrilib.
Lakin müxalifətin aksiyasına cavab olaraq, fevralın 17-də Tunisdə hökuməti və bəzi islamçı partiyaları dəstəkləyən izdihamlı mitinqlər keçirilib.
“Ən Nahda” islamçı partiyasının lideri Rəşid Qənnuçi Hamadi Cəbalinin təşəbbüslərini rədd edərək bəyan edib ki, Tunisdə sabitliyin bərqərar olması üçün islamçı və dünyəvi partiyaların koalisiyası gərəkdir. “İnsanlar bunu istəməyənədək, biz hakimiyyəti vermək niyyətində deyilik”, deyə Qənnuçi qeyd edib.
Hal-hazırda qanunverici orqanda islamçılar çoxluq təşkil edir.