UEFA 2015/16 mövsümündə avrokubokların final oyunlarının yerini açıqlayıb

UEFA 2015/16 mövsümündə avrokubokların final oyunlarının yerini açıqlayıb
# 19 sentyabr 2014 08:00 (UTC +04:00)

Bakı – APA. 2015/16 mövsümündə avrokubokların həlledici oyunlarının tarixi və yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu barədə qərarları UEFA-nın İcraiyyə Komitəsi verib.

2016-cı ildə Çempionlar Liqasının finalına Milan ev sahibliyi edəcək. Mayın 28-də baş tutacaq qarşılaşma “Cüzeppe Meattsa” stadionunda keçiriləcək.

Avropa Liqasının finalı isə 10 gün əvvələ planlaşdırılıb. Həmin oyun İsveçrənin Bazel şəhərindəki “Sent Yakob Park” stadionunda təşkil olunacaq.

UEFA Superkuboku isə avqustun 9-da keçiriləcək. Bu matça Norveçin Tronheym şəhəri ev sahibliyi edəcək. Qarşılaşma “Lerkendal” stadionunda oynanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR