MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilib

MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilib
# 21 iyul 2014 15:23 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu il iyulun 21-də Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilib.

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, iclas zamanı ictimai birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası üzvü olan təşkilatların fəaliyyətində yaranmış çətinliklər, auditorun hesabatında yer alacaq sintetik cədvəllər və kontekstual məlumatların hazırlanması prosesinə dəstək vermək üçün ÇQ üzvlərindən ibarət İşçi qrupun fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır.

Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR