Bank Of Baku

İƏT ölkələri Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi məsələsini müzakirə edəcək

İƏT ölkələri Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi məsələsini müzakirə edəcək
# 10 yanvar 2013 13:01 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Gələn həftə Xartumda İslam Əməkdaşlıq Təşkilatı ölkələri Parlamentlər Birliyinin (PUIC) 8-ci sessiyası keçiriləcək. APA-nın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, konfrans çərçivəsində siyasi məsələlər və xarici əlaqələr daimi komitəsinin 18-19 yanvar tarixlərində keçiriləcək iclasında Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən işğal edilməsi məsələsi də müzakirə ediləcək.

 

Konfrans çərçivəsində digər daimi komitələrin də iclasları olacaq. Qeyd edək ki, konfransa TürkPA nümayəndə heyəti də qatılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR