Bank Of Baku

Zimbabve prezidenti müxalifətə intihar etməyi məsləhət görüb

Zimbabve prezidenti müxalifətə intihar etməyi məsləhət görüb
# 13 avqust 2013 03:38 (UTC +04:00)

Bakı-APA. Zimbabve prezidenti Robert Muqabe seçkilərdə məğlub olan müxalifətə, habelə seçkilərin nəticələrindən narazı qalanlara intihar etməyi məsləhət görüb. APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə ABC telekanalı xəbər yayıb. 89 yaşlı Muqabe müxalifət lideri Morqan Tsvangirai üzərində mübahisəli qələbədən sonra ilk dəfə çıxış edib. Zimbabve prezidenti seçkilərdə qazandığı qələbədən heç bir halda imtina etməyəcəyini bəyan edib.

 

Rəsmi nəticələrə əsasən, seçicilərin 61% Muqabeyə səs verib.

 

“Əgər müxalifətçilər ölsələr, itlər onların meyitlərinə belə yaxınlaşmayacaq. Biz demokratiyanı daşımaqda davam edirik. İnsanlar demokratiyanı seçdilər”, - deyə Muqabe ölkənin müstəqilliyi uğrunda həlak olanların xatirəsinə həsr olunan mitinqdə çıxışı zamanı bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR