Bakı-APA. Zimbabvenin təhsil naziri Devid Koltart orta məktəb məzunlarının buraxılış imtahanlarında göstərdikləri mənfi nəticələrdən təəssüf etdiyini bildirib.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, rəsmi məlumata əsasən, 82% məktəbli orta məktəb proqramı üzrə imtahanlardan keçə bilməyib.
Zimbabvenin təhsil naziri Devid Koltart qeyd edib ki, ölkədəki iqtisadi vəziyyət bu cür nəticələri qaçılmaz edir.
Qeyd edək ki, Afrikanın ən “savadlı” ölkəsi sayılan Zimbabvedə müəllim və dərslik çatışmazlığı var.
Xatırladaq ki yanvarın sonlarında maliyyə naziri dövlət qulluqçularının maaşları ödənildikdən sonra dövlət büdcəsində cəmi 217 dollar qaldığını bəyan etmişdi.