Bank Of Baku

Yəməndə izdiham zamanı 90 nəfər ölüb, 300-ü yaralanıb - YENİLƏNİB

Yəməndə izdiham zamanı 90 nəfər ölüb, 300-ü yaralanıb - YENİLƏNİB
# 20 aprel 2023 06:54 (UTC +04:00)

Yəmənin paytaxtı Sənada sədəqə paylanarkən yaranan izdihamda azı 90 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

APA xəbər verir ki, bu barədə təcili xidmətlərdəki mənbələrə istinadən "Sky News Arabia" telekanalı məlumat yayıb.

Bildirilir ki, insident cümə axşamı gecə şəhərin mərkəzi hissəsində yerləşən Bab əl-Yaman ərazisində baş verib. Telekanalın məlumatına əsasən, izdiham "bir neçə tacir" tərəfindən sədəqə paylanarkən baş verib ki, onlardan ikisi artıq həbs edilib.

***

Saat 05:17

Yəmənin paytaxtı Sənada ehtiyacı olanlara yardım paylama kampaniyasında izdiham yaşanıb.

APA xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.

İzdihamda 80-ə yaxın insan ölüb, 200 nəfər yaralanıb.

Kanal yerli mətbuata istinadən yazır ki, sahibkar küçədə adambaçına 9 dollar paylayıb.

Hadisə yerində təcili yardım xidmətləri işləyir.

Zərərçəkənlərin xəstəxanalara yerləşdirilməsi davam edir.

20 nəfərin vəziyyətinin ağır olduğu qeyd edilib və sayın artacağı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR