İvanişvili Fransa vətəndaşlığından imtina barədə proseduru dayandırıb - FOTO

İvanişvili Fransa vətəndaşlığından imtina barədə proseduru dayandırıb  - <span style="color: red;">FOTO
# 05 fevral 2013 10:19 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanın baş naziri Bidzina İvanişvili Fransa vətəndaşlığından imtina prosedurunu dayandırıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, B. İvanişvili bunu 100 günlük hesabatla bağlı keçirdiyi mətbuat konfransında deyib.

Baş nazir xatırladıb ki, prezident M. Saakaşvili ona Fransa vətəndaşlığından imtina şərti ilə Gürcüstan vətəndaşlığı verib: “Lakin mən bu prosesi dayandırdım, çünki onların kefi istədiyi kimi hərəkət etmək və çalışmaq istəmirəm”.

Xatırladaq ki, “Gürcü Arzusu” koalisiyasının parlament seçkilərində qələbəsindən sonra prezident M. Saakaşvili Fransa vətəndaşlığı olan B. İvanişviliyə Gürcüstan vətəndaşlığı verilməsi haqqında fərman imzalayıb. Prezidentin mətbuat xidmətinin rəhbəri Manama Mancqaladze bildirib ki, fərman İvanişvilinin Fransa vətəndaşlığından çıxmasından sonra qüvvəyə minəcək.

Baş nazir keçirdiyi mətbuat konfransında fevralın 14-də Türkiyəyə səfər edəcəyini də açıqlayıb: “Gürcüstanla Türkiyə arasında sıx əməkdaşlıq var və bu, davam etdirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR