Bakıda ər həyat yoldaşını bıçaqlayıb

Bakıda ər həyat yoldaşını bıçaqlayıb
# 04 may 2013 08:12 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı şəhərində ər həyat yoldaşını bıçaqlayıb. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə M.Xiyabani küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan Namiq İmanov qısqanclıq zəminində həyat yoldaşı Təranə Xanoğlan qızına bıçaqla ağır xəsarət yetirib. T.Xanoğlan qızı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən N.İmanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR