Levon Ter-Petrosyan prezidentliyə namizəd olmaq istəməməyinin səbəblərini açıqlayıb

Levon Ter-Petrosyan prezidentliyə namizəd olmaq istəməməyinin səbəblərini açıqlayıb
# 25 dekabr 2012 09:04 (UTC +04:00)

Bakı-APA. “Mənim namizədliyimə qarşı çıxanlar onlarla arqument gətirirlər, amma əsas arqumentə nədənsə toxunmurlar. Bildiyim qədər, hələlik heç kəs bu məsələni qaldırmayıb – xalqına hörmət edən 68 yaşlı insan prezident postuna necə iddia edə bilər? Demokratik ölkələrdə adətən belə şeylər baş vermir”. APA-nın məlumatına görə, bu fikirləri “Erməni Milli Konqresi” müxalifət blokunun lideri Levon Ter-Petrosyan deyib.

O bildirib ki, xarici təhlükə və ya daxili xaos olarsa, siyasi elita bəzən Konstitusiyanı nəzərə almayaraq, böyük nüfuzu olan siyasi xadimləri hakimiyyətə dəvət edirlər: “Ermənistanda isə xaos yoxdur, idarəetmə problemləri yoxdur. Əksinə hər şey hakimyyəti ələ keçirmiş cinayətkarların əlində mərkəzləşdirilib. Deməli, hazırda xaosdan yaxa qurtarmağa və ölkəni idarə olunan dövlətə çevirməyə tələbat yoxdur. Hətta tələbat olsaydı belə, bu o demək deyil ki, o tələbi ödəyəcək şəxs mütləq mən olamlıyam. 68 yaşlı şəxs 40-60 yaşlı şəxs kimi enerjiyə və iş qabiliyyətinə malik deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR