«Azadlıq» qəzeti Anar Məmmədovdan üzr istəyib

«Azadlıq» qəzeti Anar Məmmədovdan üzr istəyib
# 23 noyabr 2012 13:51 (UTC +04:00)

Bakı – APA. «Azadlıq» qəzeti 23 noyabr 2012-ci il tarixində dərc olunmuş sayında «ZQAN Holding»in Direktorlar Şurasının sədri Anar Məmmədovdan üzr istəyərək təkzib verib.

APA-nın məlumatına görə, Yasamal Rayon Məhkəməsi, Apelyasiya Məhkəməsi və Ali Məhkəmə A.Məmmədovun vəkilləri tərəfindən həqiqəti əks etdirməyən başlıq və yarımbaşlıqla «Azadlıq» qəzetinin 2 iyul 2010-cu il tarixli sayında dərc olunan yazı ilə bağlı ilə qaldırılan məhkəmə iddialarına baxaraq təkzib vermək barədə qərar çıxarıb.

«Azadlıq» qəzeti olaraq, həm Anar Məmmədovun vəkillərinin müraciətinə, həm də məhkəmə qərarlarına hörmətlə yanaşaraq, sözügedən yazını təkzib edir və yanlışlığa görə üzr istəyirik», - deyə qəzetin bugünkü sayında verilən təkzibdə bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR