Moldova prezidenti Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib

Moldova prezidenti Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib
# 24 dekabr 2014 10:53 (UTC +04:00)

Bakı – APA. Moldova prezidenti Nikolaye Timofti Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, N. Timoftinin məktubunda deyilir:

“Zati-aliləri, doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ürəkdən gələn ən xoş arzularımı bildirməyi özümə şərəf sayıram. Bu xoş fürsətdən istifadə edərək, qəti əminliyimi bildirirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan ənənəvi dostluq münasibətləri bundan sonra da dinamik inkişaf edəcək, ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə şərait yaradacaq. Zati-aliləri, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni uğurlar, ailənizə xoşbəxtlik və firavanlıq arzulayır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Azərbaycan dövlət başçısını həmçinin Türkiyənin sabiq prezidenti Abdullah Gül və Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov təbrik ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR