Azərbaycan ərazisində yağıntılar davam edəcək

Azərbaycan ərazisində yağıntılar davam edəcək
# 13 sentyabr 2012 09:53 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19, gündüz 23-27 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 14-dən 16-dək Abşeron yarımadası nisbi yüksək atmosfer təzyiqi sahəsinin təsiri altında olacaq. Bunun nəticəsində hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR