Gürcüstanda Kürün məcrasından çıxması nəticəsində baş verən fəsadlar aradan qaldırılır
13 may 2012 12:10 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtında ötən gecə baş vermiş təbii fəlakətin-Kür çayının məcrasından çıxması zamanı baş varən fəsadlar aradan qaldırılır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Tiflis Şəhər Fövqəladə Hallar xidmətinin rəhbəri Temur Giorqadze jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Kür çayının məcrasından çıxması nəticəsində ikisi azyaşlı uşaq olmaqla 5 nəfər ölüb, üç nəfər itkin düşüb.
Gürcüstan paytaxtında daşqın nəticəsində ağaclar kökündən çıxıb, asfalt yol xarab olub, bir neçə ev su altında qalıb, yol qəzaları baş verib.
Hazırda Tiflis şəhərində fövqəladə hallar xidmətinin işçiləri tərəfindən zirzəmilərə dolan sel suları boşaldılır.
Prezident Aparatının məlumatına görə, bu gün Gürcüstan prezidenti həlak olan ailələrə başsağlığı verib. Qeyd olunub ki, hakimiyyət zərərçəkənlərə maddi yardım göstərəcək.
Qeyd edək ki, dünən gecə Kür çayının daşması nəticəsində 30 nəfər xəsarət alıb və Tiflis xəstəxanalarına yerləşdirilib. Tiflis şəhər meri Qiqi Uqulava xəsarət alanlara baş çəkib.

Avropa
Finlandiya prezidenti: “Ərazilərimizdə NATO-nun nüvə silahlarını yerləşdirməyi xahiş etməmişik”
20:54
17 may 2024
İtaliyada güclü külək bir neçə yük vaqonunu aşırıb
20:32
17 may 2024
Litva Ukraynaya radar sistemləri verəcək
19:59
17 may 2024
Robert Fitsoya sui-qəsd cəhdində şübhəli bilinən şəxs məhkəmə qarşısına çıxarılacaq
19:16
17 may 2024