Səbinə Babayeva: «Bütün Avropanın mahnımıza laqeyd qala bilməyəcəyinə inanıram» - FOTO
29 mart 2012 10:52 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. «Vətənim Azərbaycanı «Eurovision»da təmsil etməkdən qürur duyuram. Xüsusilə Azərbaycan səhnəsində müsabiqədə çıxış etmək çox böyük qürur hissidir. Biz Avropa ailəsini Azərbaycanda qarşılamağa və bütün dünyanı öz qonaqpərvər xalqımızla tanış etməyə çox şadıq». APA-nın məlumatına görə, bunu Azərbaycanın 57-ci «Eurovision» mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayeva deyib.
Təmsilçi musiqinin onun həyatı olduğunu deyib: “«Musiqi böyük bir varlıqdır. Mən uşaqlıqdan oxuyuram və bu sahə ilə məni anam tanış edib. O professional pianoçudur və düşünürəm ki, musiqi ayrı bir dildir, sən bunu öyrənirsən, başa düşürsən və bununla dünyaya nəsə deyirsən».
Muğamın hər zaman onu ruhlandırdığını qeyd edən S.Babayeva, hər iki dildə - həm ingilis, həm də doğma Azərbaycan dilində oxumaqdan xoşladığını qeyd edib: «Afro-Amerikan mahnı stili, həmçinin muğam həmişə məni ruhlandırıb. Azərbaycanın zəngin caz mədəniyyəti var. Bizim caz muğamı adlanan öz musiqi stilimiz var və bunun 100 ildən artıq yaşı var. Bu bizim unikal muğamımızın və klassik cazın sintezidir».
S. Babayeva «Baku Crystal Hall»da mayın 26-da ifa edəcəyi “When The Music Dies” balladasından da danışıb: «Hər dəfə bu mahnını oxumağa başlayanda böyük zövq alıram və eyni hissləri keçirirəm. Bu mahnını dinləyərkən laqeyd qalmaq mümkün deyil. Bütün Avropanın mahnımıza laqeyd qala bilməyəcəyinə inanıram».

Mədəniyyət siyasəti
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
14:57
8 may 2024
Rasim Balayev qonorarların nizamlanması ilə bağlı Baş nazirə müraciət edib
12:53
8 may 2024
Mədəniyyət xadimlərinə "Heydər Əliyevin 100 illiyi" yubiley medalı təqdim edilib - FOTO
15:38
7 may 2024
Azərbaycan QHT-ləri İrəvandakı Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-nun Baş direktoruna açıq məktub göndərib
11:29
7 may 2024