Bank Of Baku

Sumqayıtda “Azərenerji”nin mühəndisi iş başında bədbəxt hadisə nəticəsində ölüb - VİDEO - YENİLƏNİB

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 13 avqust 2021 23:20 (UTC +04:00)

Mətnə video əlavə olunub.

 

***

14:32

 

 

Avqustun 12-si saat 13 radələrində Sumqayıt şəhər sakini Qəmərəddin Məmmədovun işlədiyi yerdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Qəmərəddin Məmmədov mühəndis vəzifəsində işlədiyi “Azərenerji” ASC-nin Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin həyətində yerdəyişmə işləri görülərkən paylayıcı qutunun üzərinə düşməsi nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR