Azərbaycanın xarici işlər naziri Böyük Britaniyanın yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

Azərbaycanın xarici işlər naziri Böyük Britaniyanın yeni təyin olunmuş səfirini qəbul edib - <span style="color: red;">FOTO
# 09 sentyabr 2013 15:58 (UTC +04:00)

XİN mətbuat xidmətindən APA_ya verilən məlumata görə, nazir Elmar Məmmədyarov İrfan Siddiqi Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə iki ölkə arasındakı münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub. Azərbaycan-Avropa İttifaqı münasibətləri, Yaxın Şərqdə gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Britaniyalı səfir iki ölkə arasındakı münasibətlərin daha da genişləndirilməsinin tərəfdarı olduqlarını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR