Bakıda təmirə bağlanan yol istifadəyə verilib

Bakıda təmirə bağlanan yol istifadəyə verilib
# 31 may 2014 17:16 (UTC +04:00)

Bu barədə APA-ya Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. Məlumata görə, Yusif Səfərov küçəsindən Xocalı prospektinə giriş (Ali Məhkəmənin yanından) yolunda aparılan təmir-bərpa işləri tamamlanıb, nəqliyyatın bu istiqamətdə hərəkəti bərpa olunub. Məlumata görə, təxminən 800 metrlik hissədə köhnə asfalt-beton örtüyünün qaşınaraq yenisi ilə əvəzlənməsi, xətlənmə, bordürlərin yeniləri ilə əvəzlənməsi, kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsi işləri yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR