Avropa çempionatında iştirak edəcək taekvondo yığmamızın heyəti açıqlanıb

Avropa çempionatında iştirak edəcək taekvondo yığmamızın heyəti açıqlanıb
# 09 aprel 2014 13:25 (UTC +04:00)

Bakı – APA. Mayın 1-də Bakıda taekvondo üzrə Avropa çempionatı start götürəcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, kişi və qadınlardan ibarət Azərbaycan yığmaları 4 gün davam edəcək yarışa tam heyətlə qatılacaq.

Belə ki, millimizin baş məşqçisi Ələkbər İmaməliyev çempionatda Mikayıl Əliyev (54 kq), Samir Cavadlı (58 kq), Ayxan Tağızadə (63 kq), Elvin Məmmədov (68 kq), İlkin Şahbazov (74 kq), Ramin Əzizov (80 kq), Radik İsayev (87 kq) və Ceyhun Həsənliyə (+87 kq) şans verəcək.

Qadınlardan ibarət yığmamızın baş məşqçisi Gündüz Abdullayev isə yarışda Türkanə Tahirli (46 kq), Patimat Abakarova (49 kq), Hülya Oveyoğulları (53 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (62 kq), Fəridə Əzizova (67 kq) və Marina Tedeyevanı (73 kq) sınaqdan çıxaracaq.

Qeyd edək ki, yığmalarımız hazırda Qəbələdə təlim-məşq toplanışındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR