Abşeron rayonunda tikintisi başa çatmamış evdə yanğın olub

Abşeron rayonunda tikintisi başa çatmamış evdə yanğın olub
# 27 iyun 2014 18:50 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində vətəndaşa məxsus tikintisi başa çatmamış ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 5 otaqlı evin evin dam örtüyünün yanar konstruksiyaları və 1 otağın döşəməsi 35 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR