“Yeni Müsavat” qəzetinin əməkdaşını döyən şəxslərdən biri tutulub - VİDEO

“Yeni Müsavat” qəzetinin əməkdaşını döyən şəxslərdən biri tutulub - <span style="color: red;">VİDEO
# 07 may 2014 07:55 (UTC +04:00)

Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, ötən gün axşam saatlarında Nizami Rayon Polis İdarəsi və 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Fərahim İlqaroğlunu döyən Siyəzən rayon sakini, Bakıda kirayə yaşayan 1990-cı il təvəllüdlü Feyruz Termişi metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında tutulub.

Hazırda polis F.İlqaroğlunun döyülməsində iştirak edən digər şəxslərin tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirir.

Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu aprelin 25-də naməlum şəxslərin hücumuna məruz qalıb. Jurnalist yaşadığı evdən çıxarkən naməlum şəxslər tərəfindən döyülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR