Mikayıl Cabbarov BMT və Britaniya Şurasının nümayəndəliklərinin rəhbərliyi ilə görüşlər keçirib

Mikayıl Cabbarov BMT və Britaniya Şurasının nümayəndəliklərinin rəhbərliyi ilə görüşlər keçirib
# 05 iyun 2013 15:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarov BMT-nin və Britaniya Şurasının Azərbaycandakı nümayəndəliklərinin rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşlərdə BMT tərəfindən ölkə üzrə əlaqələndirici Antonius Bruk, Britaniya Şurası tərəfindən isə ölkə üzrə direktor Elizabet Uayt iştirak ediblər.

Görüşlər zamanı Azərbaycanda təhsil sahəsində davamlı inkişafın dəstəklənməsi, təhsilin keyfiyyətinin artırılması, birgə layihələrin həyata keçirilməsi, cari və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR