ARDNŞ prezidenti: "Bakı Gəmiqayırma Zavodu ölkəmiz üçün 470 mln. dollara başa gəlib” - VİDEO

ARDNŞ prezidenti: "Bakı Gəmiqayırma Zavodu ölkəmiz üçün 470 mln. dollara başa gəlib” - <span style="color: red;">VİDEO
# 20 sentyabr 2013 18:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Azərbaycanda bu gün yeni istifadəyə verilən Bakı Gəmiqayırma zavodu ölkəmiz üçün 470 mln. dollara başa gəlib”.


APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.


Onun sözlərinə görə, bu vəsaitin 65%-i ARDNŞ, 25%-i İqtisadi İnkişaf Nazirliyi, 10%-i isə Sinqapurun “TPL” şirkətinin üzərinə düşür.


ARDNŞ prezidenti bildirib ki, Gəmiqayırma zavodunun 90%-i Azərbaycana məxsusdur: “Bu zavod ölkəmiz üçün böyuk əhəmiyyət kəsb edir. Azərbaycanda çıxarılan neftin 95%-i dənizdə olduğu üçün bizim tankerlərə ehtiyacımız var. Ümid edirik ki, bu zavod yeni neft layihələrimizə böyük xeyir verəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR