Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, saxlanılanların olduğu bildirilir - YENİLƏNİB

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, saxlanılanların olduğu bildirilir - YENİLƏNİB
# 30 aprel 2024 14:12 (UTC +04:00)

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Respublika Sanitariya – Karantin Mərkəzi”ndə əməliyyat keçirib, saxlanılanların olduğu bildirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.

Bildirilib ki, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***

13.41

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Respublika Sanitariya – Karantin Mərkəzi”ndə əməliyyat keçirib.

APA xəbər verir ki, əməliyyat nəticəsində mərkəzin rəhbər şəxslərindən saxlanılanların olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR