Şamaxıda polis və vergi əməkdaşlarının avtomobilləri toqquşub

Şamaxıda polis və vergi əməkdaşlarının avtomobilləri toqquşub
# 08 may 2013 10:07 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov - APA. Şamaxı şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Nərimanov küçəsində qeydə alınıb. Şamaxı rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməkdaşı, 1986-cı il təvəllüdlü Pərvin Səfərovun idarə etdiyi “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn Şamaxı 4 saylı Ərazi Vergilər İdarəsinin şöbə müdiri, 1981-ci il təvəllüdlü Müşfiq Gərayevə məxsus “NİVA” markalı maşınla toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR