Naxçıvan sakini ocaq qalamaq istəyərkən ehtiyatsızlıqdan yanıb

Naxçıvan sakini ocaq qalamaq istəyərkən ehtiyatsızlıqdan yanıb
# 01 may 2024 23:03 (UTC +04:00)

Naxçıvanda bədbəxt hadisə nəticəsində bir nəfər xəsarət alıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Qaraxanbəyli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1984-cü il təvəllüdlü Bayramova Şəhla Muxtar qızı həyətində ocaq qalamaq üçün benzindən istifadə edib.

Bu zaman ehtiyatsızlıqdan yandırıcı maye onun üzərinə tökülüb və xəsarətlər alıb.

O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR