Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiqlənib

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiqlənib
# 10 dekabr 2013 16:27 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb. APA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilib:

Komissiyanın sədri:

Artur Rasizadə - Azərbaycan Respublikasının baş naziri

Komissiyanın üzvləri:

Elçin Əfəndiyev – Azərbaycan Respublikası baş nazirinin müavini
Akif Əlizadə – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri
Abbas Ələsgərov – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Arif Mehdiyev – Azərbaycan Respublikasının prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri
İsmayıl Sadıqov – Azərbaycan Respublikasının Nazirlər Kabineti aparatının Humanitar məsələlər şöbəsinin müdiri
Akif Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri
Ömər Eldarov – Azərbaycan Rəssamlıq Akademiyasının rektoru
Abel Məhərrəmov – Bakı Dövlət Universitetinin rektoru
Əhliman Əmiraslanov – Azərbaycan Tibb Universitetinin rektoru
Siyavuş Kərimi – Azərbaycan Milli Konservatoriyasının rektoru
Aqşin Əlizadə – Azərbaycan Bəstəkarlar İttifaqının katibi
Çingiz Abdullayev – Azərbaycan Yazıçılar Birliyinin katibi
Altay Hacıyev – xalq rəssamı
Arif Məlikov – xalq artisti
Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Mövlud Süleymanlı – xalq yazıçısı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR