Sabah Bakıda Azərbaycan-Kamboca biznes forumu keçiriləcək

Sabah Bakıda Azərbaycan-Kamboca biznes forumu keçiriləcək
# 21 aprel 2014 06:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakıda Azərbaycan-Kamboca biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, tədbir aprelin 22-də Kamboca Krallığının baş naziri Hun Senin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutacaq.

Forum Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə təşkil olunacaq.

Tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Kamboca şirkətləri iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR