Azərbaycan “Aqropark”ların yaradılması sahəsində Niderland təcrübəsini öyrənəcək - FOTO

Azərbaycan “Aqropark”ların yaradılması sahəsində Niderland təcrübəsini öyrənəcək - <span style="color: red;">FOTO
# 25 aprel 2014 11:17 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Niderland Krallığının senatoru Rene Van Der Lindenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etmək olub.

H. Əsədov kənd təsərrüfatı sahəsində Niderland Krallığının Azərbaycanda həyata keçirdiyi layihələrin verdiyi səmərəni yüksək qiymətləndirib və aqrar sahədə əlaqələrin inkişafına önəm verdiyini qeyd edərək, hər iki ölkə arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasının vacibliyini bildirib. Nazir baytarlıq, fitosanitar, kartof toxumçuluğu, “Aqropark”ların yaradılması sahəsində təcrübə mübadiləsinin aparılması, aqrar yönümlü elmi-tədqiqat və ali təhsil müəssisələrinin əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və s. təkliflərini irəli sürüb.

V. D. Linden Niderlandın kənd təsərrüfatı sahəsində böyük təcrübəyə malik olduğunu, Azərbaycanın da aqrar sahənin inkişafı üçün böyük potensiala malik olduğunu bildirib, ölkəsinin bu sahədə Azərbaycan ilə əməkdaşlığa maraqlı olduğunu qeyd edib və nazir Heydər Əsədovu oktyabr ayında Niderland Krallığında keçiriləcək Biznes Foruma dəvət edib.

Görüşdə iştirak edən Niderland Krallığının nüfuzlu şirkətlərinin rəhbərləri Azərbaycan şirkətləri ilə əlaqələrindən danışaraq gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə iştirak edən Niderland Krallığının Azərbaycandakı səfiri Robbert Qabriyelsen hər iki ölkə arasında aqrar sahədə əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR