Yevlaxda baş vermiş yol qəzasında bir nəfər xəsarət alıb

Yevlaxda baş vermiş yol qəzasında bir nəfər xəsarət alıb
# 25 oktyabr 2013 05:12 (UTC +04:00)

Bakı-APA. Yevlax rayonu ərazisində baş vermiş yol-qəza hadisəsi nəticəsində bir nəfər xəsarət alıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı-Qazax yolunun 296-cı kilometrliyində Yevlax rayonu ərazisində "Nissan" markalı minik avtomobili və "Shaqman" markalı yük avtomobili toqquşub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobil deformasiyaya uğrayıb, “Nissan” markalı minik avtomobilin sürücüsü xəsarət alaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Əməliyyat saat 07:15-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR