Ağdaşda 70 sahibkara 725,5 min manat güzəştli kredit verilib - APA TV

Ağdaşda 70 sahibkara 725,5 min manat güzəştli kredit verilib - <span style="color: red;">APA TV
# 07 avqust 2013 14:31 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov - APA. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə avqustun 7-də Ağdaşın Şordəhnə kəndində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib.

APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə 80-dən çox sahibkar iştirak edib. Tədbirdən öncə Ağdaş rayonunun Ərəbocağı kəndində dövlətin güzəştli krediti ayrılan cins iribuynuzlu heyvandarlıq kompleksinin fəaliyyətinə baxış keçirilib.

Sonra Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ağdaş rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və rayonda prioritet hesab olunan müasir çörək zavodunun, kiçik həcmli cins heyvandarlıq və intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Tədbirdə Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov çıxışında bu ilin ötən dövrü ərzində fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 2697 investisiya layihəsinin maliyyələşdirilməsinə 208,4 mln. manat güzəştli kredit verildiyini bildirib. Bu kreditlərin reallaşdırılması 8300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6320-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 300,7 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 26800-dən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur. Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Ağdaş və ətraf rayonlarda fəaliyyət göstərən 70 sahibkara 725,5 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, tikinti materiallarının istehsalı və sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşması 100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR