Pakistan-Azərbaycan biznes forumu keçirilib

Pakistan-Azərbaycan biznes forumu keçirilib
# 13 may 2013 16:53 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA-Economics. Pakistanın İslamabad Ticarət və Sənaye Palatasının (İCCİ) təşkilatçılığı ilə Pakistan-Azərbaycan biznes forumu keçirilib.

APA-Economics”in “Pakistanintheworld” saytına istinadən verdiyi məlumata görə, forumda iki ölkə arasındakı ticarət və biznes imkanları müzakirə olunub. Tədbirdə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov, Mərkəzi Asiya ölkələrinin İslamabaddakı diplomatik missiyalarının rəhbərləri, Pakistanın bir sıra biznesmenləri və rəsmi şəxslər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bildirib ki, iki ölkə qarşılıqlı iqtisadi, ticarət əlaqələri daha da inkişaf etdirməkdə maraqlıdırlar. O bildirib ki, Azərbaycan böyük qaz və neft ehtiyatlara və bu sahədə təcrübəyə malikdir, Pakistan isə kənd təsərrüfatı və süd məhsulların istehsalı üzrə ixtisaslaşıb və iki ölkə bu sahələrdə sıx əməkdaşlıq edə bilərlər.

İCCİ-nin prezidenti Zəfər Bəxtəvəri bildirib ki, Pakistan Mərkəzi Asiya ölkələri və Azərbaycanla əməkdaşlığını inkişaf etdirməkdə maraqlıdır: “Biz xüsusilə enerji sektorunda Azərbaycanla əməkdaşlıq etmək istəyirik, çünki bu enerji böhranının ölkəmizin iqtisadiyyatına verdiyi ziyanı aradan qaldırmağa kömək edər”.

Z.Bəxtəvəri Pakistandan bütün Mərkəzi Asiya ölkələrinə birbaşa aviareyslərin açılmasının vacibliyini vurğulayıb. O bildirib ki, “Turkish Airlines” aviaşirkətinə müraciət edərək İslamabadı Bakı, Düşənbə və ya Aşqabad vasitəsilə İstanbulla aviareyslə birləşdirmək imkanları barədə düşünməyə xahiş edib.

Daha sonra çıxış edən Quaidi Azam Universitetin, Beynəlxalq İslam Universitetinin və digər təhsil ocaqlarının təmsilçiləri iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlığın vacibliyini vurğulayıb, Azərbaycanın Pakistandakı səfirliyinin 36 pakistanlı tələbəyə təqaüd verilməsi təşəbbüsünü alqışlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR