Anar İmanov Vyetnamın mədəniyyət, idman və turizm naziri ilə görüşüb

Anar İmanov Vyetnamın mədəniyyət, idman və turizm naziri ilə görüşüb
# 31 oktyabr 2013 16:51 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfiri Anar İmanov bu ölkənin mədəniyyət, idman və turizm naziri Hoang Tuan Anh ilə görüş keçirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Hoang Tuan Anh Azərbaycanın Vyetnamda səfirliyinin təsis olunmasının iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi baxımından vacib olduğunu söyləyib.

O, ölkələrimiz arasında əməkdaşlığın böyük tarixə malik olduğunu və ikitərəfli münasibətlərin bundan sonra intensivləşəcəyinə inandığını bildirib. Anar İmanov isə Azərbaycanın turizm potensialı və turizm infrastrukturunun inkişaf etdirilməsi üçün görülən işlər barəsində danışıb. Görüşdə xalqlarımız arasında əlaqələri daha da möhkəmlətmək üçün hər iki ölkənin mədəniyyəti barədə təbliğat işlərinin aparılmasının və qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsinin vacibliyi vurğulanıb.

Anar İmanov görüşdə Azərbaycanın son illər idman sahəsində qazandığı uğurlardan da söz açıb. O, ölkəmizdə yaradılan geniş idman infrastrukturu barəsində məlumat verib, Azərbaycanın bir çox beynəlxalq səviyyəli yarışlara ev sahibliyi etdiyini, o cümlədən 2015-ci ildə ilk dəfə keçiriləcək Avropa oyunlarının Azərbaycanda təşkil ediləcəyini diqqətə çatdırıb. Hoang Tuan Anh Azərbaycanın idman sahəsində uğurlarından xəbərdar olduğunu qeyd edib və bu sahədə iki ölkə arasında təcrübə mübadiləsinin həyata keçirilməsini məqsədəuyğun sayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR