İranda yeni təbii qaz hövzəsi tapılıb

İranda yeni təbii qaz hövzəsi tapılıb
# 08 may 2013 14:48 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda yeni təbii qaz hövzəsi tapılıb. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İran Milli Neft Şirkətinin müdiri Əhməd Qəlabani açıqlama verib.

Onun sözlərinə ölkənin qərbində, İlam vilayətində kəşf edilmiş yatağın təbii qaz ehtiyatı 260 milyard fut kubdur: “Hövzədən 175 milyard fut kub təbii qaz hasil oluna bilər”.

Ə.Qəlabani həmçinin sərhəd bölgələri və müştərək hövzələrdə yeni qaynaqların olduğunu və yaxın günlərdə bununla bağlı məlumat veriləcəyini də bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR