Dövlət Musiqili Teatrı Azərbaycanın bölgələrinə qastrola çıxır

Dövlət Musiqili Teatrı Azərbaycanın bölgələrinə qastrola çıxır
# 08 may 2014 16:57 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Dövlət Musiqili Teatrı bölgələrə qastrol səfərinə yollanacaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrın repertuarında olan “Hərənin öz ulduzu” tamaşası mayın 21-də Masallı, 22-də isə Biləsuvar şəhərlərində nümayiş olunacaq.

Əsas rollarda xalq artisti Fatma Mahmudova, əməkdar artist Novruz Əliyev, aktyorlar Gülcahan Salamova, Möylə Mirzəyev, Elçin İmanov, Elxan İsmayılov, Rəsmiyyə Nurməmmədova və Nigar Qarayeva oynayırlar.

Tamaşanın rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Nazim Hacıəlibəyovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR