Mingəçevirdə 677 mənzil və fərdi ev qazlaşdırılıb

Mingəçevirdə 677 mənzil və fərdi ev qazlaşdırılıb
# 15 avqust 2013 16:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi Mingəçevir şəhərinin bir sıra qəsəbələrində, küçə və yaşayış massivlərində, o cümlədən Mingəçevir kəndi və Tərəvəzçilik sovxozu ərazisində 3234 metr müxtəlif diametrli qaz xətti çəkib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu ilin birinci yarısında 677 mənzil və fərdi ev qazlaşdırılıb, 32041 metr müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətti çəkilib və istismara verilib, 433 ədəd qaz sayğacı quraşdırılıb.

Şəhərin Az.DRES qəsəbəsində 414 məcburi köçkünün məskunlaşdığı “Yeni həyat” yaşayış massivinin qazlaşdırılması üçün 10000 metr küçə qaz xətti çəkilib, 414 ədəd qaz sayğacı quraşdırılıb. 2013-cü ilin ilk 6 ayı ərzində ümumilikdə 1239 abonent qazlaşdırılıb, 571 ədəd əvəzləmə sayğac quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR