Azərbaycanda bankların kredit portfelində regionların payı azalıb

Azərbaycanda bankların kredit portfelində regionların payı azalıb
# 13 may 2013 11:11 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının kredit portfelində regionların payı azalıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2013-cü il aprelin 1-ə ölkə üzrə məcmu bank kredit portfeli 12 953 829,2 min manat təşkil edib ki, bunun da 11 369 952,3 min manatı və ya 87,77%-i Bakı şəhəri, 12,23%-i isə regionların payına düşür. Ötən ilin eyni dövründə isə kredit portfelinin 87,59%-i Bakı, 12,41%-i regionların payına düşüb. Başqa sözlə, son bir ildə ölkə üzrə kredit portfelində regionların payı 0,18 faiz bəndi enib.

Bakıdan sonra ən böyük kredit qoyuluşları Aran iqtisadi rayonunun payına düşür. Cari ilin ilk rübü nəticəsində bu bölgəyə kredit qoyuluşlarının həcmi 536 384,4 min manat və ya ümumi kredit portfelinin 4,14%-ni təşkil edib. Kreditlərin həcminə görə sonrakı yerləri Abşeron (359 626,3 min manat və ya 2,78%), Gəncə-Qazax (210 535,1 min manat və ya 1,63%), Lənkəran (166 635,6 min manat və ya 1,29%), Naxçıvan (87 977,8 min manat və ya 0,68%), Şəki-Zaqatala (70 574,3 min manat və ya 0,54%), Quba-Xaçmaz (55 945,7 min manat və ya 0,43%), Dağlıq Şirvan (54 120,9 min manat və ya 0,42%), Yuxarı Qarabağ (29 434 min manat və ya 0,23%) və Kəlbəcər-Laçın (12 642,8 min manat və ya 0,1%) iqtisadi rayonları tutur.

Regionlar üzrə kredit qoyuluşu (min manat)

Bölgələr

Yanvar-mart, 2013

Kredit portfelində payı

Ölkə üzrə ümumi

12 953 829,2

100,00%

Bakı

11 369 952,3

87,77%

Aran

536 384,4

4,14%

Abşeron

359 626,3

2,78%

Gəncə-Qazax

210 535,1

1,63%

Lənkəran

166 635,6

1,29%

Naxçıvan

87 977,8

0,68%

Şəki-Zaqatala

70 574,3

0,54%

Quba-Xaçmaz

55 945,7

0,43%

Dağlıq- Şirvan

54 120,9

0,42%

Yuxarı Qarabağ

29 434,0

0,23%

Kəlbəcər-Laçın

12 642,8

0,10%

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR